"Kəpəz"in yeni transferi: "Yeni yığılan heyət göstərir ki..."

17:37 - 30 İyun 2015

"Kəpəz" döyüşkən bir komanda olacaq"

 

Xəbər verdiyimiz kimi, "Kəpəz" "İnter"in qapıçısı Eyyub Əliyevi heyətinə qatıb.

 

Sportal.az-a açıqlamasında Əliyev transferini belə dəyərləndirib:

 

"Çox sevindiricidir ki, "Kəpəz" kimi tarixi olan bir komanda yenidən Premyer Liqaya qayıtdı. Bu hadisə bütün Azərbaycan futboluna xeyir verəcək. Gəncədə futbolu çox sevirlər və həmişə də o zonadan istedadlı futbolçular çıxıb. Yeni yığılan heyət göstərir ki, "Kəpəz" bu mövsüm iddialı olacaq. Döyüşkən bir komanda ilə yaxşı nəticələr qazanacağımıza inanıram. Burada olmağıma şadam. Özümə inanıram və baş məşqçimiz nə vaxt şans versə özümü yaxşı tərəfdən göstərməyə hazıram".

Xəbər xətti