Van Basten Hollandiya milli komandasında

15:36 - 6 İyul 2015

Baş məşqçinin köməkçisi olacaq

 

Hollandiya futbolunun canlı əfsanəsi Marko van Basten özünə yeni iş yeri tapıb.

 

Sportal.az xəbər verir ki, o, bundan sonra Hollandiya millisində çalışacaq.

 

Qus Hiddinkin gedişindən sonra baş məşqçi postuna gətirilən Danni Blindin köməkçilərindən biri məhz van Basten olacaq. Yerli futbol federasiyası ilə 3 illik müqavilə imzalayan 51 yaşlı mütəxəssis avqustun 1-dən etibarən rəsmən fəaliyyətə başlayacaq

Xəbər xətti