"Kəpəz" bu dəfə AZAL-ı məğlub etdi

00:18 - 8 İyul 2015

Yoxlama matçı
 
Dünən "Kəpəz" və AZAL klubları yoxlama oyununda qüvvəsini sınayıb.
 
Sportal.az xəbər verir ki, paytaxt və bölgə klubları "Dalğa Arena"da üz-üzə gəliblər. Matç gəncəlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, "Kəpəz" bundan öncə Bakı toplanışı çərçivəsində "Sumqayıt"a 1:0 hesabıyla qalib gəlmişdi. Gəncədəki hazırlıq prosesində isə "Turan" (2:1) və Qəbələnin həvəskarlardan ibarət komandaları ilə görüşlər (1:1) baş tutmuşdu.

Xəbər xətti