CAS qərarını ləğv etdi

16:50 - 10 İyul 2015

Serbiyaya texniki məğlubiyyət verib

 

İdman Arbitraj Məhkəməsi (CAS) Serbiya və Albaniya milli komandaları arasında AVRO-2016-nın seçmə qrup matçındakı qalmaqalla əlaqədar UEFA-nın çıxardığı qərarı ləğv edib.

 

Sportal.az xəbər verir ki, CAS Serbiyaya texniki məğlubiyyət verib. Habelə, bu ölkənin 3 xaldan məhrum edilməsi barədə qərarı qüvvədə saxlayıb. ƏvəzindəAlbaniya  3 xal qazanıb. Belədə Albaniya yığması turnirdə keçirdiyi 4 oyundan sonra xalını 10-a yüksəldib. Daha öncə 3 xalı silinən Serbiya millisi isə 1 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 

 

Qeyd edək ki, 2014-cü il oktyabrın 14-dəBelqradda keçirilmiş matç ilk yarının sonlarında meydança üzərindəAlbaniya bayrağı iləpilotsuz uçan aparat peyda olub. Bu vaxt serbiyalı futbolçu Stefan Mitroviç bayrağı çıxarıb yerəatmaq istərkən, albaniyalı oyunçuların etirazı iləqarşılaşıblar. Nəticədətərəflər arasında kütləvi dava baş verib. Toqquşmaya azarkeşlər dəqoşulub. UEFA Nizam-İntizam Komitəsi Albaniyaya 0:3 hesablı texniki məğlubiyyət verib, Serbiyanın 3 xalı silinib vənövbəti 2 ev oyununu azarkeşsiz keçirməsi barədəqərar çıxarılıb.

Xəbər xətti