AÇ-2015: Almaniya Hollandiyaya qalib gəldi VİDEO

01:27 - 11 İyul 2015

Riçço komandasına ümid verdi
 
19 yaşlılar arasında Avropa çempionatının final mərhələsində 2-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, A qrupunda mübarizə aparan Almaniya və Hollandiya yığmaları qarşılaşıb.
 
Bundestim təmsilçisi ilk görüşdə İspaniyaya məğlub olduğu halda, holandiyalılar startda Rusiya yığmasına qalib gəlmişdi. Odur ki, növbəti mərhələyə vsiqə qazanmaq şanslarını saxlamaq üçün Almaniya millisinə bu görüşdə mütləq qələbə qazanmalı idi. Məhz 89-cu dəqiqədə Riççonun vurduğu qol almaniyalılara vacib qələbə qazandırıb.
 
 
10 iyul
 
Almaniya (U-19) – Hollandiya (U-19) 1:0
Qol: Riçço, 89.

 

Xəbər xətti