Şahin Diniyev: "Cəmi 12 oyunçunu meydanda sınamaq imkanımız oldu"

15:40 - 16 İyul 2015

“Bizim üçün məşq əvəzi oyun oldu"

 

“Kəpəz” – “Qaradağ Lökbatan” (2:0) yoxlama oyunundan sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev mətbuat xidmətinə fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, təcrübəli məşqçi heyətlə bağlı çatışmazlıqlara baxmayaraq, oyuna çıxdıqlarını bildirib:

 

“Bu gün keçirdiyimiz oyun planlara daxil deyildi. Sadəcə, “Qaradağ Lökbatan” klubu bizdən yoxlama görüşü üçün xahiş etdi, biz də etiraz etmədik. Heyətlə bağlı problemlərimiz var. Bəzi futbolçularımız zədəlidi. Ona görə onların əməyindən istifadə edə bilmədik. Cəmi 12 oyunçunu meydanda sınamaq imkanımız oldu”.

 

Şahin Diniyev I divizion təmsilçisi ilə oyundan razı qaldığını da deyib. O, yetirmələrinin artıq sistemə uyğunlaşdığını vurğulayıb: “Bizim üçün məşq əvəzi oyun oldu. Matça hücumçusuz çıxmışdıq. Orta xətt oyunçuları meydanda çoxluq təşkil edirdi. Komandanın oyun fəlsəfəmizə, sistemə uyğunlaşmaq baxımından irəliləyişlər var. Qələbəni bir kənara qoyuram, uşaqlardan meydandakı işlərinə görə razı qaldım”.

Xəbər xətti