AFFA Qara Qarayevin xərclərini öz üzərinə götürdü

17:54 - 23 İyul 2015

18 yaşı tamam olduqdan sonra...

 

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və “Əlincə” klubunun üzvü Qara Qarayev İspaniyanın “Malaqa” klubunun düşərgəsində olması barədə xəbər verimişdik.

 

Sportal.az xəbər verir ki, AFFA bununla bağlı bu gün açıqlama yayıb.

 

Açıqlamada deyilir ki, Qara Qarayev "Malaqa"da 4 aylıq təlim-məşq toplanışı keçirəcək. Futbolçunun 18 yaşı tamam olduqdan sonra isə onun “Malaqa” ilə müqavilə imzalaması nəzərdə tutulub.

 

Toplanışın xərcləri AFFA tərəfindən ödəniləcək.

Xəbər xətti