İker Kasilyas "Porto"da ilk qolunu "yedi" VİDEO

01:46 - 25 İyul 2015

Portuqaliya təmsilçisi “Borussiya”yla bacarmadı  
 
Yeni mövsümə hazırlıq görən “Porto” klubu Münhenqladbax “Borussiya”sı ilə yoxlama matçı keçirib.
 
Sportal.az xəbər verir ki, ilk yoldaşlıq matçında “Duysburq”a 2:0 hesabı ilə qalib gələn Portuqaliya təmsilçisi bu dəfə məğlubiyyətlə üzləşib.
 
Ötən oyun “Porto”nun heyətində debüt edən İker Kasilyas “çərçivə”sini toxunulmaz saxlasa da, münhenqladbaxlılarla görüşdə ispaniyalı kiper bunu bacarmayıb. “Borussiya” klubuna 2:1 hesabı ilə məğlub olduqları oyunda “Porto”nun yeni transferi qapısında bir qol görüb.
 
 
“Borussiya” (Münhenqladbax) – “Porto”  2:1
Qollar:
Ştindl, 20, Traore, 39 – Abubəkir, 49        

 

Xəbər xətti