AZAL I diviziondan futbolçu transfer etdi

00:06 - 4 Avqust 2015

1 illik müqavilə
 
Azərbaycan yığmasının sabiq üzvü Emin Cəfərquliyev özünə yeni klub tapıb.
 
Sportal.az xəbər verir ki, o, yeni mövsümdən Premyer Liqada çıxış edəcək. Belə ki, Emin AZAL-la anlaşıb. Tərəflər arasında 1 illik müqaviləyə imza atılıb.
 
Qeyd edək ki, Cəfərquliyevin son klubu birinci divizionda çıxış edən "Şuşa Qarabağ" olub.

Xəbər xətti