"Kəpəz" çempionu məğlub etdi

00:26 - 4 Avqust 2015

Yoxlama matçı

 

Həftəsonu startı veriləcək çempionata səylə hazırlaşan "Kəpəz” avqustun 3-də yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Gəncə klubu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda I divizionun son qalibi "Neftçala” ilə üz-üzə gəlib. 

 

FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyun saat 19:30-da başlayıb. Oyunu üstün keçirən komandamız bunu hesabda da əks etdirib. Gəncəlilər hər hissədə bir qol vuraraq 2:0 hesabı ilə qalib gəlib. İlk yarıda Azad Kərimov fərqlənib. İkinci hissədə "Kəpəz”in digər yeni transferi olan ukraynalı hücumçu Oleksandr Sytnik dəqiq zərbə ilə diqqət çəkib. 

Qeyd edək ki, "Neftçala”ya qarşı oyun komandamızın mövsüm öncəsi son hazırlıq matçı olub. 

Xəbər xətti