Paşayev 90 dəqiqə oynadı, komandası 1 xal qazandı

12:04 - 16 Avqust 2015

V turun matçı

 

Ukrayna çempionatında V turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin yenicə müqaviləsini uzatdığı "Metallurq” "doğma divarlar” arasında "Vorskla” ilə qarşılaşıb.  İlk 4 turda çıxış etməyən futbolçumuz adı klubun sifariş vərəqəsinə daxil edilən kimi start heyətində meydana çıxıb. Paşayevin 90 dəqiqə müdafiənin sağında mübarizə apardığı matç 1:1 hesabı ilə yekunlaşıb.  

 

Qeyd edək ki, "Metallurq" 5 turdan sonra 2 хalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. 

Xəbər xətti