Erat üçün 90 dəqiqə

13:56 - 17 Avqust 2015

III turun matçı

 

Almaniya Qərb Regional Liqasında 3-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.

 

Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Köln"ün U-23 heyəti ilə qarşılaşıb. Görüş 1:1 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.

 

Qeyd edək ki, Toğrulun komandası hazırda 5 xalla 19 klub arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti