Cəmşid Məhərrəmov ölkə çempionatının 44-cüsüdü

13:59 - 25 Avqust 2015

250-ci matçına çıxdı

 

Azərbaycan Premyer Liqasının III turu “Rəvan”ın futbolçusu Cəmşid Məhərrəmov üçün əlamətdar olub.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, təcrübəli müdafiəçi Azərbaycan çempionatında yubiley – 250-ci matçına çıxıb. Cari mövsümədək Premyer Liqada 248 qarşılaşmaya çıxan Məhərrəmov ilk turu buraxsa da, növbəti iki matçda komandasına kömək etməklə 250-yə çatıb.

 

Yubileyini “Xəzər Lənkəran”la səfər matçında qeyd edən 32 yaşlı futbolçu güclülər dəstəsində 12 il əvvəl MOİK-in heyətində debüt edib. Karyerası ərzində “Karvan”, “Bakı”, “Kəpəz” və “Rəvan”da da oynayan Məhərrəmov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 44-cü futbolçu olub. Müdafiəçi bu görüşlərdə 3 qol vurub.

 

Qeyd edək ki, oyun sayında mütləq rekord Mahmud Qurbanova məxsusdur – 421 matç.

 

mövsüm

klub

oyun

qol

2003/04

MOİK (Bakı)

18

0

2004/05

MOİK (Bakı)

17

0

2004/05

Karvan (Yevlax)

11

1

2005/06

Karvan (Yevlax)

9

0

2006/07

Karvan (Yevlax)

16

1

2007/08

Bakı

21

1

2008/09

Bakı

22

0

2009/10

Bakı

20

0

2010/11

Bakı

30

0

2011/12

Bakı

26

0

2012/13

Bakı

8

0

2012/13

Kəpəz (Gəncə)

9

0

2013/14

Rəvan (Bakı)

29

0

2014/15

Bakı

12

0

2015/16

Rəvan (Bakı)

2

0

 

Cəmi

250

3

Xəbər xətti