"Rəvan" - "Şərur" matçında 3 qol

14:23 - 26 Avqust 2015

Yoxlama matçı

 

“Rəvan” PFK Zaqatala səfəri öncəsi yoxlama oyunu keçirib. Paytaxt klubu dünən yeni mövsümdə I divizionda mübarizə aparacaq “Şərur”la qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, “Bayıl Arena”da baş tutan matç “aslanlar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarına Fərid Quliyev və baxışda olan ukraynalı Artyom Butenin imza atıblar.

 

Qeyd edək ki, Rəvan” PFK AVRO-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edərək, təlim-məşq toplanışı keçmək üçün bu gün Zaqatalaya üz tutub.

Xəbər xətti