Azərbaycanlı futbolçu "Fənərbaxça"ya qələbə qazandırdı

18:56 - 5 Sentyabr 2015

Turan Vəlizadə üçün 15 dəqiqə
 
"Fənərbaxça"nın U-16 komandasının azərbaycanlı üzvü Turan Vəlizadə növbəti qolunu vurub.
 
Sportal.az xəbər verir ki, Vəlizadə "Başakşəhər"lə matçda fərqlənib.
 
O, oyunun sonuna 15 dəqiqə qalmış meydana çıxıb. Bu zaman hesab 0:0 olub. Turan sona 5 dəqiqə qalmış rəqib qapısına yol taparaq komandasına qələbə qazandırıb. "Əlincə"nin yetirməsi olan Turan Vəlizadə "Fənərbaxça"ya iyul ayında transfer olunub.
 

Xəbər xətti