Emin Quliyev: "Komandamdan narazı qaldım"

23:18 - 13 Sentyabr 2015

"Bunun üçün bir az vaxt lazımdır"
 
Azəebaycan Premyer Liqasının 4-cü turunun son matçında "Rəvan" "Bayıl Arena"da "Neftçi"yə 3:1 hesabı ilə məğlub oldu.

Sportal.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi Emin Quliyev məğlubiyyəti "CBCSport"a açıqlamasında belə şərh edib:
 
"Rəvan" bu oyunda ilk hissədə səhvlərlə yadda qaldı. Bu səhvlərimizə görə iki qol buraxdıq. Səhvlərin üzərində daha çox işləməliyik. Komandamdan bu gün narazı qaldım. Düzdür, ikinci hissədə dəyişikiklər etdik, hesab 2:1 olandan sonra qol vurmağa çalışdıq, amma alınmadı. Gələcəkdə daha da yaxşı oyun göstərəcəyik. Bunun üçün bir az vaxt lazımdır".

Xəbər xətti