"Xəzər Lənkəran"ın futbolçusuna 4 oyunluq cəza verildi

13:17 - 20 Oktyabr 2015

Aşağı yaş qrupları üzrə...

 

Bu gün İntizam Komitəsini növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclsda aşağı yaş qruplarında mübarizə aparan komandalar da cəzalanıb:

 

14 oktyabr 2015-ci il U-19 Liqasının “Kəpəz” – “Xəzər Lənkəran” matçının 75-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 4 №-li futbolçusu Əli Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydanı tərk edərkən hakimlər briqadasın təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  futbolçu 4 oyunluq cəzalanır.

 

14 oktyabr 2015-ci il U-19 Liqasının “Rəvan” – “İnter” matçının 81-ci dəqiqəsində “Rəvan” klubunun 67 №-li futbolçusu Elmar Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

14 oktyabr 2015-ci il U-19 Liqasının “Qəbələ” – “Qarabağ” matçının 44-cü dəqiqəsində “Qəbələ” klubunun 8 №-li futbolçusu Qədir Bayramlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

12 oktyabr 2015-ci il U-17 Liqasının “İnter” – “Neftçi İK” matçının 66-ci dəqiqəsində “Neftçi İK”  klubunun 97 №-li futbolçusu İlyas İlyasov  idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

15 oktyabr 2015-ci il  U-16 Liqasında “Qarabağ” – “Sumqayıt” matçının 34-cü dəqiqəsində “Qarabağ” klubunun 6 №-li futbolçusu İsfəndiyar Rüstəmov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

 

15 oktyabr 2015-ci il  U-16 Liqasında “Əlincə” – “Qəbələ” matçının 70-ci dəqiqəsində “Əlincə” klubunun 22 №-li futbolçusu Elçin Mustafayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

 

16 oktyabr 2015-ci il Boulevard Hotel U-15 Liqasının “Qəbələ” – AZAL  matçında AZAL klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

13 oktyabr 2015-ci il Boulevard Hotel U-15 Liqasının “Bakı” – “Zirə” matçının 68-ci dəqiqəsində “Bakı” klubunun 9 №-li futbolçusu Rəşad İsgəndərov  hakimlər briqadasın təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə meydandan kənarlaşdırıldığı üçün  futbolçu 4 oyunluq cəzalanır.

 

18 oktyabr 2015-ci il U-14 Liqasının “Təhsil RİM” – “UGİM 14” matçının 50-ci dəqiqəsində “Təhsil RİM” klubunun 2 №-li futbolçusu Murad Əliyev rəqibi bilərəkdən əllə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır.

 

18 oktyabr 2015-ci il U-14 Liqasının “Dinamo” – UGİM (Neftçala)  matçında  “Dinamo” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

10 oktyabr 2015-ci il U-12 Liqasının UGİM (Tər-Tər) – UGİM (Ağcabədi) matçının 27-ci dəqiqəsində UGİM (Tər-Tər) klubunun 12 №-li futbolçusu Amin Kazımzadə idmançıya yaraşmayan hərəkətə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  futbolçu 1 oyunluq cəzalanır.

17 oktyabr 2015-ci il U-10 Liqasının “Təhsil TİM” (Gəncə) – “Ümid TİM” (Gəncə) matçında “Təhsil TİM” komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

Xəbər xətti