"Zirə" "Kəpəz"lə oyuna iki itki ilə çıxacaq

00:09 - 28 Oktyabr 2015

Komandada iki zədəli var
 
Premyer Liqanın X turunda "Zirə" doğma meydanda "Kəpəz"i qəbul edəcək.
 
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, "Zirə" bu matça iki itki ilə çıxacaq. Belə ki, komandanın aparıcı legionerlərindən sayılan İqor İvanoviç və gənc futbolçu İlqar Hüseynov zədə səbəbindən bu matçı buraxmalı olacaq.
 
Qeyd edək ki, qarşılaşma bu gün saat 17:00-da start götürəcək.

Xəbər xətti