"Məğlub olmasaq da, iki xal itirdik"

19:18 - 7 Noyabr 2015

"AZAL sübut etdi ki, mübariz komandadır"
 
Premyer Liqanın 12-ci turunda AZAL doğma meydanında "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.
 
Oyundan sonra "Kəpəz"in futbolçusu Şəhriyar Rəhimov matçla bağlı fikirlərini Sportal.az-a bölüşüb:
 
"Ağır oyun olacağını bilirdik. Məğlub olmasaq da, iki xal itirdik. Hücum xəttində elə də kəsərli ola bilmədik.  Bir çox epizodları dəyərləndirə bilmədik. Futbolun yazılmamış qanunu bu oyunda da öz sözünü dedi. "Vurmayana, vurarlar". Amma yenə də oyun bizim üstünlüyümüzlə keçdi. İkinci hissədə tam üstün oynadıq. Oyunda AZAL-ın yeganə şansı oldu və onu da qola çevirdilər. AZAL heç də zəif rəqib deyil. AZAL sübut etdi ki, mübariz komandadır".
 
 
"Kəpəz"in yarımmüdafiəçisi növbəti oyunlara daha ciddi hazırlaşacaqlarını qeyd edib:
 
"Bu oyun artıq geridə qalıb. Çalışacağıq ki, bundan sonra keçirəcəyimiz oyunlarda qalib gələk. Növbəti oyunlara daha ciddi hazırlaşmalıyıq".

Xəbər xətti