İsrafilov izlədi, komandası 1 xalla kifayətləndi

00:18 - 23 Noyabr 2015

Qarşılaşmada 2 qol
 
İspaniya La Liqasında 12-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Vilyarreal" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 1:1 hesablı heç-heçəyə razılaşıb. İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki, "Eybar" hazırda 20 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti