AZAL rəhbərliyi futbolçularla görüşdü

18:03 - 26 Noyabr 2015

Qarşıda duran vəzifələr müzakirə olunub

 

“Sumqayıt”la oyuna hazırlaşan AZAL-ın futbolçuları, məşqçi korpusu rəhbərliklə növbəti görüş keçirib.

 

Sportal.az xəbər verir ki, bu gün məşqdən əvvəl komandanın üzvləri ilə görüşən vitse-prezident Fikrət Hüseynov futbolçularla səmimi söhbət edib. Fikrət Hüseynov klubla baglı bir sıra məsələlər haqda onlara məlumat verməklə yanaşı qarşıda duran vəzifələrdən də söhbət açıb. Komanda haqda nikbin danışan vitse-prezident futbolçulara inamını ifadə edib:”Arxada qalan oyunlarda göstərdiyiniz oyundan və bu günə qədərki nəticələrdən narazılıgımız yoxdur.

 

Siz mübariz və əzmkar kollektiv kimi hörmət qazanmısınız, heç kimdən geri qalmadıgınızı sübut etmisiz. Biz də bu səbədən qarşınıza maksimal tələblər qoymaqdan qorxmuruq. İndi əsas vəzifə qış fasiləsinə qədər olan 6 oyunda qənatbəxş nəticə qazanmaq və xal ehtiyanı artırmaqdı. Bu günə İnanırıq ki, bunun öhdəsindən gələcəksiniz”.

Xəbər xətti