Şahin Diniyev: "Daha çox istəkli olan qələbə qazandı"

19:50 - 2 Dekabr 2015

"Bütün gücümüzü çempionata qoyacağıq"

 

“Oyun gərgin keçdi, meydançada mübarizə var idi. Daha çox istəkli olan qələbə qazandı". 

 

Sportal.az xəbər verir ki, bu fikirləri Azərbaycan kubokunun 1/8 final mərhələsində "Xəzər Lənkəran"la matçdan (0 - 1) sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib: "Sanki, oyunun əvvəlində bizdə müəyyən rahatlıq vardı. Düzdür, oyundan öncə futbolçularla bu barədə danışmışdım, amma, təəssüf ki, yenə həmin arxayınlıq yarandı. Düzdür, oyunu demək olar ki, hücumda keçirdik. Amma nəticədə biz məğlub olduq və bundan sonra bütün gücümüzü çempionata qoyacağıq. “Xəzər Lənkəran”I təbrik edirəm. Durumları yaxşı olmasa da, yaxşı futbol oynayıb qələbə qazandılar”. 

Xəbər xətti