"Monako" yenə xal itkisi ilə üzləşdi

03:54 - 3 Dekabr 2015

Son dəqiqələrdə qələbəni əldən verdilər
 
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Monako" Fransa Liqasında növbəti matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, knyazlıq təmsilçisi 16-cı turda evdə "Kan"la qarşılaşıb. Bu matçda qalib müəyyənləşməyib. "Monako" görüşün 56-cı dəqiqəsində hesabı açsa da, yarım saat sonra qapısında top görüb - 1:1.
 
Qeyd edək ki, "Monako" geridə qalan 16 turdan sonra 25 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər xətti