Novruz Əzimov: "Rəvan"ın heyətində vaxtilə "Bakı"ya məxsus beş oyunçu vardı"

22:48 - 3 Dekabr 2015

"Biz Azərbaycan üçün futbolçu yetişdiririk"
 
Azərbaycan kubokunun 1/8 final mərhələsində "Rəvan" - "Bakı" (1:0) matçından sonra "Bakı"ın baş məşqçisi Novruz Əzimov oyunla bağlı fikirlərini bölüşüb.
 
Sportal.az PFL-nın rəsmi saytına istinadən həmin fikirlərlə sizi tanış edir:
 
“Çox danışmağa ehtiyac yoxdu. Futbol üçün əlverişsiz olan hava şəraitində oynadıq. Məncə, futbolçular hər cür şəraitində oynamağa çalışmalıdırlar. Rəqibin heyətində vaxtilə “Bakı”ya məxsus 5 oyunçu vardı, biz Azərbaycan üçün futbolçu yetişdiririk. Oyunda vurulan yeganə qolun müəllifi Vüqar Bəybalayev də müqavilə ilə “Bakı”ya məxsusdur. Düşünürəm ki, futbolçularımız bu gün yaxşı mübarizə apardılar. Oyundan sonra “Bakı”nın prezidenti Hafiz Məmmədov ismarış göndərərək, futbolçuların oyunundan razılığını ifadə edib. Bunun özü bizim işimizə verilən qiymətdir”. 

Xəbər xətti