Bəhmən Həsənov: "Mən futbolçuları qınamıram"

22:45 - 7 Dekabr 2015

"Sonuncu pillədən qurtulmaq üçün çalışacağıq"
 
Azərbaycan Premyer Liqasının 15-ci turunda “Rəvan” AZAL-la 0 - 0 hesablı heç-heçə edib.
 
Sportal.az PFL-nın rəsmi saytına istinadən xəbər verir ki, matçdan sonra "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov oyunu belə şərh edib:
 
“Çox pis oynadıq və bunun səbəbləri var. Mən futbolçuları qınamıram. Açığı, AZAL ilə oyunu çoxdan gözləyirdik, qələbə qazanmaq istəyirdik. Qələbə şansını dəyərləndirə bilməməyimiz zədəli futbolçuların çoxluğu ilə bağlıdır. Sıx qrafikdə oynayırıq və futbolçuları bərpa etmək çox çətindir.  İlk dəqiqələrdə rəqibin yaxşı şansı vardı, oyunu 1 xalla başa vurduğumuza da sevinməliyik. Qarşıda hələ çox oyunlarımız var, sonuncu pillədən qurtulmaq üçün çalışacağıq”.

Xəbər xətti