Mourinyo "Mançester Yunayted"də

19:14 - 21 Dekabr 2015

5 illik müqavilə təklif etdiyi bildirilir

 

"Çelsi"nin sabiq baş məşqçisiJoze Mourinyo karyerasını yenə İngiltərə Premyer Liqasında davam etdirəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Mançester Yunayted"lə anlaşıb.

 

Son turlarda uğursuz nəticələrlə diqqət çəkən Mançester təmsilçisinin yaxın günlərdə baş məşqçi Lui van Qalla yollarını ayıracağı gözlənilir. Bu səbəbdən rəhbərliyin artıq Mourinyo ilə görüşdüyü və ona 5 illik müqavilə təklif etdiyi bildirilir. İngiltərə mətbuatının yazdığına görə, 52 yaşlı mütəxəssis "qırmızı-şeytanlar"ın təklifini qəbul edib.

Xəbər xətti