Tərlan Əhmədov: "Bu gün qələbə qazanmaq istəyirdik"

15:47 - 14 Yanvar 2016

"Turniri kimin qazanacağını indidən demək olmaz"

 

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov qış turniri çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib: "Belə bir turnirin keçirilməsi çempionatımızdakı fasilə dövründə futbol ictimaiyyətini futbolsuz qoymamaq baxımından çox önəmlidir. Yeni və gənc futbolçuların özlərini göstərməsi baxımından da bu turnirin əhəmiyyəti böyükdür. Bu gün qələbə qazanmaq istəyirdik. Lakin alınmadı. Bu, yanvar ayındakı üçüncü oyunumuzdur. Daha öncə iki dəfə "Sumqayıt"la yoxlama oyunu keçirmişdik. Bu dəfə daha yaxşı oynadıq. Fikrimcə, xüsusilə ikinci hissə hər iki komanda üçün çox maraqlı alındı. Turniri kimin qazanacağını indidən demək olmaz. Yəqin ki, uğura kim daha çox can atacaqsa, həmin kollektiv də qələbə qazanacaq". (CBC)

Xəbər xətti