Şahin Diniyev: "Futbolçular düzgün yolda olduğumuzu göstərdirlər"

17:42 - 14 Yanvar 2016

"Cinahların oyunu məni lap sevindirdi"

 

Qış hazırlığı dövründə ilk yoxlama oyununu əvəzedici heyətə qarşı keçirən “Kəpəz”in göstərdiyi oyundan Şahin Diniyev razı qalıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi klubun  saytına açıqlamasında oyun haqda danışarkən belə deyib. Təcrübəli mütəxəssis yetirmələrinin təlim-məşq toplanışındakı zəhmətini müsbət qiymətləndirib: “Demək olar ki, məşq xarakterli oyun idi. Yüksək səviyyədə fiziki işlərin üzərində işləyirik. Ona görə də futbolçuların üstündə sanki yük vardı. Uşaqlar səhər də məşq edib oyuna çıxmışdılar. Hərəsi 35 dəqiqədən ibarət iki hissə oynadılar. Fiziki baxımdan təzyiq altında oyuna çıxsalar da, yaxşı mübarizə apardılar. Mənim əsas istəyim fiziki durumun yaxşı olmasıdır. Futbolçular düzgün yolda olduğumuzu göstərdirlər. İlk üç gündə keçdiyimiz məşqlər komandaya çox xeyir verib. Cinahların oyunu məni lap sevindirdi. Hücumlar zamanı sürəti gördüm”.

Xəbər xətti