Vidiç karyerasını başa vurdu

18:22 - 29 Yanvar 2016

Zədədlərdən əziyyət çəkdiyi üçün

 

Serbiya milli komandasının sabiq üzvü Nemanya Vidiç karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, İtaliyanın "İnter" klubundan ayrılan 34 yaşlı futbolçu bu barədə ölkəsinin mətbuatına açıqlama verib. Təcrübəli müdafiəçi son zamanlar zədələrdən əziyyət çəkdiyi üçün bu qərara gəldiyini bildirib.

 

Qeyd edək ki, karyerasının böyük hissəsini "Mançester Yunayted"də keçirən Vidiç bu komanda ilə 5 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

Xəbər xətti