Tərlan Əhmədov: "Belə komandaya qalib gəlmişiksə..."

18:05 - 31 Yanvar 2016

"İrəlidə nəyəsə nail ola bilərik"

 

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Qarabağ"ı qəbul edən AZAL rəqibini məğlub yola saldı.

 

Sportal.az xəbər verir ki, matçdan sonra "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov qələbəni şərh edib:

"Açığı, fasilədən sonra hər komanda qalib gəlmək istəyir. Biz də buna köklənmişdik. Zədəlilərimiz həddindən artıq çox idi. Buna baxmayaraq, komandanı özəyi qalıb. Keçən il "Qarabağ"a 4 oyunda məğlub olmuşduq. Bu dəfə məğlub ola bilməzdik. Futbolçular sağ olsunlar ki, tapşırıqlarını yerinə yetirdilər. Bu gün də qələbə topunu vurub qalib gəldik. "Qarabağ" haqda xoş sözlər demək borcumuzdu. Belə komandaya qalib gəlmişiksə, irəlidə nəyəsə nail ola bilərik. Əzmkarlığın sayəsində qələbə qazandıq".

Xəbər xətti