"Rəvan"ın futbolçusu: "Maaşlar verilməsə də, "Neftçi" ilə oyuna çıxacağıq"

16:29 - 3 Fevral 2016

"Komanda məşqlərə çıxır"

 

"Rəhbərlik "Neftçi" ilə oyuna qədər maaşların ödəniləcəyinə söz verib".

 

Bu fikirləri Sportal.az-a açıqlamasında maliyyə problemləri yaşayan  "Rəvan"ın futbolçusu Novruz Məmmədov deyib.

 

Gənc futbolçu komandanın məşqlərə çıxdığını və "Neftçi" ilə oyunda meydana çıxacaqlarını bildirib: "Komanda məşqlərə çıxır. Heç bir boykotdan söhbət gedə bilməz. Maaşların ödəniləcəyinə söz verilib. İstənilən halda "Neftçi" ilə oyuna çıxacağıq. Meydan çıxıb sonadək mübarizə aparacağıq. Çünki bizə xallar lazımdı. Turnir cədvəli bunu tələb edir".

Xəbər xətti