"Xəzər Lənkəran"ın yeni transferi "Neftçi" ilə matçı buraxmalı olacaq

00:33 - 8 Fevral 2016

Qürbətov cəzalı duruma düşüb
 
Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Neftçi”nin qonağı olacaq "Xəzər Lənkəran” ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, cənub klubunun yeni transferi Tural Qürbətov cəzalı duruma düşüb. Belə ki, o,  "Qarabağ"la oyunun 20-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. Mövsümün ilk yarısını "Rəvan"da çıxış edən futbolçu 3 sarı vərəqə almışdı. Dünən "Xəzər Lənkəran"da debüt edən Qürbətov ilk oyunda cəzalanıb. O, bu səbəbdən XXI turda "Neftçi"yə qarşı oynamayacaq.
 
Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" oyunu fevralın 13-də baş tutacaq. 

Xəbər xətti