"Xəzər Lənkəran"ın futbolçusu: "Neftçi" bizdən güclü deyildi"

19:37 - 14 Fevral 2016

"Hələ tam uyğunlaşmamışıq"

 

"Neftçi" bizdən güclü deyildi. Qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. Bu futboldu, hər şey olur. Bəxtsizlikdən məğlub olduq”.

 

Bu fikirləri "Neftçi" ilə matçdan (0 - 1) sonra Sportal.az-a verdiyi açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu Vaqif Gülalıyev səsləndirib.

 

Gənc futbolçu sonra fikirlərinə belə davam edib: “İlk dəfə idi “böyük oyun”da oynayırdım.Xal qazanıb azarkeşlərimizi sevindirməyi çox istəyirdik. Son dəqiqədə buraxdığımız qol bizim üçün pis oldu. Bütün futbolçulara təşəkkür edirəm. Hamı əlindən gələni etdi. “Neftçi” ilə kubokda oyunlarımız var. Bu matçlara ciddi hazırlaşmalıyıq".

 

23 yaşlı müdafiəçi komandanın hələ tam hazır olmadığını qeyd edib: "Tural Qürbətovun yoxluğu oyunumuza təsir etdi. Komanda hələ fiziki cəhətdən tam hazır deyil. Kollektiv yeni yığılıb. Hələ tam uyğunlaşmamışıq. Qarşıda “Zirə” ilə oyunumuz var. Bu matçda 3 xal qazanmağa çalışacağıq.” 

Xəbər xətti