"Xəzər Lənkəran" "Neftçi" ilə oyuna istirahətsiz hazırlaşacaq

01:41 - 28 Fevral 2016

Komanda bu gün doğma şəhərdə başlayır
 
Qəbələ səfərindən qolsuz heç-heçə ilə qayıdan “Xəzər Lənkəran” istirahət etməyəcək.
 
Sportal.az xəbər verir ki, cənub təmsilçisi oyundan həmən ardından Lənkəran istiqamətində yola düşüb. Komanda doğma şəhərdə fevralın 28-də oyunsonrası bərpa məşqinə çıxacaq. Ayın son günündə (29-fevral) daha bir gün hazırlaşacaq futbolçular martın ilk günündə isə “Fırtınalar meydanı”nda oyunöncəsi son məşqini keçirəcək.
 
Qeyd edək ki, “Xəzər Lənkəran”  ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində martın 2-də  “Neftçi”ni qəbul edəcək. (12cioyuncu.info)

Xəbər xətti