"Xəzər Lənkəran" "Neftçi" ilə matç üçün PFL-ə müraciət etdi

00:19 - 29 Fevral 2016

Qarşılaşmanın başlama saatı dəyişdirilə bilər
 
Ölkə kubokunun1/4 final mərhələsinin ilk qarşılaşmasında "Xəzər Lənkəran" azarkeşləri önündə martın 2-si saat 14:00-da "Neftçi"ni qəbul edəcək.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında bu matçın başlama saatının dəyişdirilməsi üçün Peşəkar Futbol Liqasına müraciət edib. Belə ki, cənub təmsilçisi azarkeşlərin qarşılaşmaya gəlməsi üçün oyunun daha gec saat 16:00-da başlamasını istəyib. Bu gün PFL-in bu müraciətə cavab verəcəyi gözlənilir.

Xəbər xətti