"Xəzər Lənkəran"ın 149 günlük həsrəti sona çatdı

00:02 - 31 Mart 2016

Zaman Mirzəzadə bu tilsimi qırdı
 
 "Xəzər Lənkəran”ın Premyer Liqadakı qol həsrəti başa çatıb.  
 
Sportal.az xəbər verir ki,  XXVII tur çərçivvəsində "Sumqayıt”la səfər qarşılaşmasında penaltidən fərqlənən Zaman Mirzəzadə cənubluların uğursuz seriyasını qırıb.  Belə ki, Elbrus Məmmədovun komandası 15 turluq qol həsrətindən sonra rəqib qapısına yol tapmağı bacarıblar.   Cənub təmsilçisi sonuncu dəfə 149 gün əvvəl qola sdevinmişdi. 
 
2015-ci ilin noyabrın 2-də "Rəvan” üzərində 1-0 hesablı qələbə qazanan cənublularda Rahid Əmirquliyevin ötürməsini Elnur Cəfərov dəqiq zərbə ilə başa çatdırmışdı. 
 
Qeyd edək ki, "Xəzər Lənkəran" bu rəqibinə 2:1 hesabı ilə məğlub olub.
 

Xəbər xətti