"Sumqayıt" matçıöncəsi "Zirə"də son durum

12:58 - 1 Aprel 2016

Bombardir qayıtdı

 

Azərbaycan Premyer Liqasının XXVIII turunda doğma meydanda "Sumqayıt"la qarşılaşacaq "Zirə" matçın hazırlıqlarını davam etdirir.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, Salvador yığmasından geri dönən Nelson Bonilla komanda ilə birgə məşqlərə başlayıb. Onun növbəti matçda komandasına kömək edəcəyi gözlənilir. Uzun müddətdir zədədən əziyyət çəkən Dieqo Souza isə hələlik fərdi məşqlə kifayətlənir.

 

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" matçı aprelin 3-ü saat 16:00-da start götürəcək.

Xəbər xətti