"Xəzər Lənkəran" "Neftçi" matçıöncəsi 2 şad xəbər aldı

13:23 - 5 Aprel 2016

Güləliyev və Həsənov döndü

 

Azərbaycan Premyer Liqasının 29-cu turunda "Neftçi" ilə qarşılaşacaq "Xəzər Lənkəran" matçöncəsi 2 şad xəbər alıb

Klubdan Sportal.az-a verilən məlumata görə, sabah hazırlıqlara start verəcək komandada Vaquf Güləliyev və Yusif Həsənov zədələrini sağaldıb və növbəti matçda meydana çıxa biləcəkləri bildirilir.

 

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçı aprelin 10-u saat 16:30-da start götürəcək.

Xəbər xətti