"Zirə"də "Rəvan"la matçöncəsi ciddi itki

01:00 - 10 Aprel 2016

Mustafayev qarşılaşmanı buraxacaq
 
Premyer Liqanın XXIX turunda bu gün səfərdə "Rəvan”ın qonağı olacaq "Zirə” qarşılaşmaya itkilərlə çıxacaq.
 
Sportal.az xəbər verir ki, oyundan öncə baş məşqçi Adil Şükürov gənc yarımmüdafiəçi Vüqar Mustafayevin xidmətindən məhrum olub.  Yüksək hərarəti olan futbolçu autsayderlə qarşılaşmada komandasında kömək edə bilməyəcək.  Debütantın heyətində  Dieqo Qusmao Souza da zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək.
 
Qeyd edək ki, "Bayıl Arena”da baş tutacaq "Rəvan” – "Zirə” qarşılaşması 14:00-da başlayacaq. 

Xəbər xətti