İsmayıllı təmsilçisi yarımfinala vəsiqə qazandı

01:47 - 10 Aprel 2016

"Babadağ" yarımfinalda
 
U-13 qızlar liqasında 1/4 final mərhələsinin oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Binə qəsəbəsi stadionunda keçirilən matçda İsmayıllının "Babadağ" komandası İmişlinin "Təhsil"ini  qəbul edib. Ədalət Əhmədovun rəhbərlik etdiyi İsmayıllı təmsilçisi bu matçda 1:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Qeyd edək ki, "Babadağ" komandası ötən il çempion adını qazanıb.

Xəbər xətti