Novruzov Bakıya qayıtdı FOTO

17:36 - 19 Aprel 2016

3 həftədən sonra...
 
Premyer Liqanın 25-ci turunun AZAL-“Neftçi” oyununda ağır zədə alan Taqim Novruzov Ukraynada əməlliyyat olunaraq Bakıya qayıdıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən Bakıya dönən futbolçu Kiyevin “Doktor Linko” klinikasında məşhur cərrah Valeri Novikov tərəfindən əməliyyat olunub. Sağ ayağının ön çarpaz bağlarının tam qopması diaqnozu ilə Kiyevə yollannan Taqim indi özünü yaxşı hiss edir və bir müddət sonra fizioterapiya müalicəsinə başlayacaq. Ukraynalı həkimlərin verdiyi təlimata əsasən Novruzov təxminən 3 həftədən sonra yüngül qaçışla məşğul ola bilər.
 

Xəbər xətti