"Xəzər Lənkəran" aprel aylarında STATİSTİKA

14:08 - 24 Aprel 2016

30 qələbə, 14 məğlubiyyət

 

Premyer Liqanın XXXII turu çərçivəsində “Xəzər Lənkəran” may ayının 1-də səfərdə AZAL klubu ilə üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, “Xəzər Lənkəran” komandası 2004-cü ildən bəri çempionat və kubok qarşılaşmaları daxil aprel aylarında ümumilikdə 66-oyun keçirib ki, bunların 30-da qalib gəlib və 14-oyunda məğlub olub. Qalan 22-matçda isə qalib müəyyənləşməyib. Aprel aylarında “Xəzər Lənkəran” rəqib qapılarını qapısından 90-top keçirib, öz qapısında isə 58-top buraxıb.

 

Maraqlı burasıdır ki, “Xəzər Lənkəran” 2004-2014 aralığında, yəni 10-il müddətində aprel aylarında cəmi 6-dəfə məğlub olmuşdusa növbəti 2-ildə aprel aylarının bütün mənfi rekordlarını təzələyərək 8-dəfə meydanı başı aşağı tərk edib.

 

İndiyə qədər aprel aylarında keçirilən oyunlarda “Xəzər Lənkəran”ın 14-dəfəlik məğlubiyyət siyahısı:
 

“İnter” 16.04.05 (Rasim Kara),
“Neftçi” 12.04.09 (İqor Ponamaryov),
“Bakı” 11.04.10 (Ağasəlim Mircavadov)
“Bakı” 14.04.2012 (Yunis Hüseynov),
“Bakı” 17.04.2013 (Con Toşak)
AZAL 28.04.2013 (Con Toşak)
“Qəbələ” 16.04.2014 (Mustafa Dənizli)
“İnter” 27.04.2014(Mustafa Dənizli)
“İnter” 05.04.2015 (Elbrus Məmmədov)
“Qəbələ” 25.04.2015 (Elbrus Məmmədov)
“Qarabağ” 03.04.2016 (Elbrus Məmmədov)
“Neftçi” 10.04.2016 (Elbrus Məmmədov)
“Zirə” 17.04.2016 (Elbrus Məmmədov)
“Qəbələ” 23.04.2016 (Elbrus Məmmədov)

 

Mənbə: 12cioyuncu.info

Xəbər xətti