"Zirə" "Kəpəz"lə matça ciddi itki ilə çıxacaq

00:28 - 12 May 2016

Mustafayev bu matçı buraxmalı olacaq
 
"Zirə" Premyer Liqanın 35-ci turunda qəbul edəcəyi "Kəpəz"lə matça ciddi itki ilə çıxacaq.
 
Sportal.az xəbər verir ki, komandanın gənc yarımmüdafiəçisi Vüqar Mustafayev bu matçda iştirak etməyəcək. Buna səbəb futbolçunun dünən AZAL-la oyunda sarı vərəqə alaraq cəzalı duruma düşməsi olub. 
 
Qeyd edək ki, "Zirə" - "Kəpəz" matçı mayın 15-də baş tutacaq.

Xəbər xətti