Elvin Məmmədov: "Məsuliyyətim ikiqat artıb"

12:03 - 26 İyun 2016

"Onların hamısı kapitandır"
 
Elvin Məmmədovun “Zirə”nin yeni kapitanı təyin olunduğu haqda məlumat vermişdik.
 
Təcrübəli futbolçu fikirlərini Sportal.az saytına bölüşüb:
 
“Ötən il bizim üçün uğurlu olmuşdu. Bu mövsüm də əlimizdən gələni edəcəyik. Məşqçilər korpusunun etimadını doğrultmağa çalışacağıq. Heyətimizə yeni futbolçular qoşulub. Onların bizə köməyi çox olacaq. Kapiatanlıq bazubəndi mənə verilibsə, deməli, məsuliyyətim ikiqat artıb. Amma bizim komandamızda uzun müddət birgə oynadığım futbolçular var. Onların hamısı kapitandır. Bizim kollektivimiz çox mehribandır”.

Xəbər xətti