Adil Şükürov: "Çempionatın gedişində istədiyimiz səviyyəyə çatacağımızı düşünürəm"

01:10 - 30 İyul 2016

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, "qartallar" PTT I Liqasında çıxış edən "Göztəpə" klubu ilə 1:1 hesablı heç-heçə edib.

 

"Zirə"ni baş məşqçisi Adil Şükürov oyun haqda bunları qeyd edib:

 

“Yaxşı komplektləşmiş komandaya qarşı oynadıq. “Göztəpə”nin özünəməxsus oyun üslubu olsa da, biz də öz oyunumuzu diqtə etməyə çalışdıq. Bəzi epizodlarda bu alınırdı. Ancaq yetərli səviyyədə olmadı. Oyunun əvvəlində yaxşı oynadıq. Ancaq qoldan sonra rəqib daha üstün idi. Yay hazırlığının səmərəli keçirdiyimizi düşünürəm. Türkiyə toplanışını da yüksək səviyyədə keçirdik. Bununla belə komanda hələ tam hazır deyil. Taktiki cəhətdən işlərimiz çoxdu. Çempionatın gedişində istədiyimiz səviyyəyə çatacağımızı düşünürəm”.

Xəbər xətti