"Qarabağ"ın qələbəsinin şahidi, "Lill" üçün düşərli hakim

13:21 - 30 İyul 2016

Xəbər verdiyimiz kimi, "Qəbələ" - "Lill" matçının baş hakimi rusiyalı FİFA referisi Aleksey Yeskov olacaq.

 

Sportal.az xəbər verir ki, Aleksey Yeskov təmsilçilərimizin oyununda ilk dəfə baş hakim funksiyasını yerinə yetirəcək. Buna qədər isə Yeskov ötən il Avropa Liqasının pley-off mərhələsində "Yanq Boys" - "Qarabağ" matçında 4-cü hakim olub. Sözügedən qarşılaşmada Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı.

 

37 yaşlı referi "Qəbələ"nin rəqibi olan "Lill"in 1 oyununu idarə edib. Yeskov 2014/15 mövsümündə ÇL-nın III təsnifat mərhələsində "Qrasshoper" - "Lill" matçının baş hakimi olub. Həmin qarşılaşmada "Lill" rəqibinə 2:0 hesabı ilə qalib gəlmişdi.

 

Qeyd edək ki, "Qəbələ" - "Lill" matçı avqustun 4-də baş tutacaq.

Xəbər xətti