Millimizin qolkiperi yeni klubunda debüt oyununu keçirdi

12:28 - 1 Avqust 2016

"Rəvan"dan ayrılan Rəşad Əzizlinin AZAL-la ilkin razılığa gəldiyi haqda məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, "təyyarəçilər"lə müqavilə imzalayan gənc qolkiper AZAL-da ilk oyununu keçirib. 21 yaşlılardan ibarət milli komandamızın qapıçısı AZAL-ın heyətində "Qaradağ Lökbatan"a qarşı (1:1) oynayıb.

 

Xatırladaq ki, AZAL qolkiperləri olan Amil Ağacanov və Stanislav Namaşko ilə yolları ayırmışdı. Əvəzinə isə Aqil Məmmədov və Rəşad Əzizli "təyyarəçilər"lə müqavilə imzalayıb.

Xəbər xətti