"Qəbələ"nin rəqibində ayrılıq

13:01 - 2 Avqust 2016

"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Fransanın "Lill" klubu bir futbolçusunu icarəyə verib.
 
Sportal.az xəbər verir ki, Lenni Nangis "Bastiya" klubunda çıxış edəcək. Tərəflər arasındakı razılaşmaya əsasən 22 yaşlı hücumçu qarşıdakı mövsümdə icarə əsasında "Bastiya"nın uğurları üçün çalışacaq.
 
Qeyd edək ki, "Lill"in heyətində 11 oyun keçirən Nangis ötən ilin avqustunda komandaya qoşulub.

 

Xəbər xətti