Amil Yunanov het-trik etdi, "Sumqayıt" 5 qolla qalib gəldi

12:42 - 21 Avqust 2016

"Sumqayıt" Futbol Klubu növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" 1-ci divizion təmsilçisi "Səbail" klubu ilə üz-üzə gəlib. "Kapital bank Arena"da baş tutan görüş "Sumqayıt"ın 5:1 hesabı ilə başa çatıb. Bu oyunda "Sumqayıt"ın qollarını Amil Yunanov (3), Azər Salahlı və İbrahim Abdunicat vurub.

 

Xatırladaq ki, "Sumqayıt" Futbol Klubu dünən səhər saatarında "Şahdağ"la keçirilmiş yoxlama oyununda 1:0 hesablı qələbə qazanmışdı.

Xəbər xətti