Heç Gedenin vaxtında "Neftçi" bu qədər aciz görünməyib QEYD

15:44 - 22 Avqust 2016

Bu nə futboldu? "Qarabağ"ın ikinci heyəti "Neftçi"ni topsuz qoyur, rəqibin cərimə meydançasında "kvadrat" oynayıb, qol vurur. Zərbə vurulur, müdafiəçilər sanki hipnoz altına düşüb, müqavimət göstərmirlər. Hətta təkrar zərbənin vurulmasına da etiraz etmirlər.

 

"Qarabağ" niyə belə edir ki?! Hətta sonuncu dəfə 2015-ci ilin fevralında qol vuran Əll-Hərbi də fərqləndi. Gələn oyunda "Neftçi"yə qarşı U-17 komandalarını buraxsınlar, bəlkə heç-heçə oldu... Heç Gedenin vaxtında "Neftçi" bu qədər zəif, aciz görünməyib.

 
Nə bəlli oyun planı görünür, nə də məşqçi işi.

 
Tıra kim olur, Edson nəçidi, Melnyak nə futbolçudu? Axı onlar "Neftçi" səviyyəsində deyil. Bu gün "Neftçi" "Qarabağ"ın ikinci komandasına qarşı oyunda 90 dəqiqə ərzində bir epizod belə yarada bilmir. Epizod bir yana, bir düşünülmüş kombinasiyanı da izləmədik.

 

SOCAR-ın, AFFA-nın futbol başbilənləri, söz sahibləri, nə qədər ki gec deyil, ayılın. Okey, ictimaiyyətin fikri sizin üçün maraqlı deyil. Öz imicinizə nə olub ki? Vəli Qasımov, Elnur Məmmədov və digərlərinə nə var ki? "Futboldu da, alınmayıb" deyib, kənara çəkiləcəklər.
 
Ayılın, cənablar! Bu gün ictimaiyyət, adi azarkeşlər hətta Yürgen Gedenin dönəmini nostalgiya hissləri ilə yada salırlar.

 

Nə isə, dəfələrlə deyilib ki, futbol özəl bir sahədi. Bu sahədə futbolu bilən, futbolu anlayan, və nəhayət, futbolu hər şeydən çox sevən insanlar çalışmalıdı.

 

Müsibət oluruq biz 
Səhv düşəndə yerimiz (c)
 
Erkin İbrahimov (facebook)

Xəbər xətti